• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1811
— 17.03.2023 11:50

Əsl ürəyi təkrarlayan süni ürək çap edilib

Massaçusets Texnologiya İnstitutunun (MIT) mühəndisləri anatomik baxımdan əsl insan ürəyini təkrarlayan süni ürəyin çap edilməsi üsulunu hazırlayıblar. Mütəxəssislər inanırlar ki, həkimlər bu texnologiyanı individual tibbi problemlərin daha dəqiq diaqnostikasında istifadə edəcəklər. Məlumatda qeyd edilib ki, çap edilən süni ürəyin ölçüsü və forması insandan-insana fərqlənə biər. Bu fərqlilik əsasən ürək xəstəliklərinə sahib insanlarda daha yaxşı nəzərə çarpır. Belə ki, ürək funksiyalarının pozulması onun gözlənilməz şəkildə deformasiyasına gətirib çıxardır.

Mühəndislər uzi (ultrasəs müayinəsi), rentgen və MRT (maqnit rezonans tomoqrafiyası) vasitəsilə ürəyin 3D modelini tərtib etməyə çalışıblar. Daha sonra onlar polimer əsaslı mürəkkəblər vasitəsilə süni ürəyi çap ediblər. Nəticədə əsl ürəyi təkrarlayan yumşaq və elastik süni ürək əldə edilib. Daha sonra mütəxəssislər aortanı çap ediblər və süni ürəyə qan dövranı sistemini imitasiya edən pnevmatik sistem əlavə edilib. Ritmik ürək döyüntülərinin əldə edilməsi üçün mütəxəssislər çıxan havanı tənzimləməni bacarıblar. Bu üsul ilə onlar ürəyin nasos özəlliyini imitasiya ediblər. Bütün bunların vasitəsilə mütəxəssislər ürəyin problemlərini müşahidə ediblər və əldə edilmiş məlumatlar əsasında maksimal dəqiq müalicəni təyin ediblər.