KepezTV Player
Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə ETSN-in Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik xidmətlərinin əməkdaşları tərəfindən Varvara Ovçuluq Təsərrüfatının ərazisində nəzarət tədbirləri keçirilib. Ərazidə qanunsuz balıq ovlayan şəxs saxlanılıb və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. “Araşdırma zamanı brakonyerin Mingəçevir şəhər sakini Ceyhun Mirabov olduğu müəyyən edilib və barəsində qanunamüvafiq tədbir görülüb.
- Baxış: 146