• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2036
— 16.03.2023 18:36

Naftalanda “Heydər Əliyev İli” çərçivəsində konfrans keçirilib

KepezTV Player

“2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq Naftalanda şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib. Ümummilli Liderin misilsiz xidmətlərinə, əvəzsiz fəaliyyətinə nəzər salınıb. Azərbaycançılıq məfkurəsi və dövlətçiliyin qurulmasında Heydər Əliyev fenomeni, milli ideya, milli-mənəvi dəyərlərin qorunmasında dahi şəxsiyyətin rolundan bəhs edilib. Çıxışlarda tərəddüdsüz qeyd edilib ki, bu günün müstəqil və qüdrətli Azərbaycanı böyük dövlət xadiminin şah əsəridir. Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin təməlini qoyduğu, Qalib, vətənpərvər Azərbaycan gəncliyinin əsasında Heydər Əliyev siyasətinin dayandığı, Ulu Öndərin ölkənin dövlətçilik tarixindəki yeri və rolu, şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısının dünya şöhrətli şəxsiyyət tərəfindən əsasının qoyulduğuna diqqət çəkilib. Azərbaycan xalqının ölkəsi üçün böyük və əvəzedilməz işlər görmüş Heydər Əliyevi qürur hissi ilə xatırladığı vurğulanıb. Sonda Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə bir qrup fəal şəhər sakini Fəxri Fərmanlarla təltif olunublar.