• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 697
— 16.03.2023 18:33

Talış kəndinin sakinləri doğma torpaqlarına qayıdıblar

KepezTV Player

Böyük Qayıdış proqramı çərçivəsində Tərtərin Talış kəndinə ilk mərhələdə köçürülən ailələr doğma torpaqlarına qayıdıblar. Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda müvəqqəti məskunlaşma yerlərində yaşayan 90 nəfərdən ibarət 20 ailə Novruz bayramı ərəfəsində öz dədə-baba yurdlarına geri dönüblər. Ailələri Talış kəndində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynovla Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qarşılayıb. Kəndə köçürülən sakinlər yeni evlərinə yerləşdiriliblər. Talış kəndinə ikinci mərhələdə daha 158 ailənin köçürülməsi nəzərdə tutulur. Həmin ailələrin yaşayacağı evlərin tikintisi qısa müddətdə başa çatdırılacaq. Emin Hüseynov Talış kəndindən sonra bu il Ağdam rayonundakı üç kənddə, eyni zamanda, Hadrut qəsəbəsi və Tuğ kəndində də işlərə başlanılacağını açıqlayıb.