• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1665
— 16.03.2023 18:29

Ağdamda mina partlayışı olub, iki nəfər ölüb

KepezTV Player

Ağdam rayonu Yusifcanlı kənd ərazisində yerli sakinlər - 1999-ci il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu, 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüblər. Onlar mina partlayışı nəticəsində həyatlarını itiriblər. Fakt üzrə rayon prokurorluğu tərəfindən araşdırma aparılır. ANAMAdan açıqlanıb ki, işğaldan azad edilmiş ərazilərdə Ermənistanın basdırdığı mina sahələrinin miqyası və kütləviliyi, mina terrorunun təzahürüdür. Agentlik bir daha vətəndaşlara müraciət edərək icazəsiz səfərlərdən çəkinməyə çağırıb.