• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 894
— 16.03.2023 18:26

Nazirlər Zəngəzur dəhlizi ilə bağlı məlumatlandırılıb

KepezTV Player

Türk Dövlətləri Təşkilatının yaranmasından ötən illər ərzində Təşkilatın üzv dövlətləri arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat, kommunikasiya sahələrində əməkdaşlıq güclənib, həmçinin qurumun beynəlxalq nüfuzu artıb. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Türkiyənin paytaxtı Ankarada keçirilən iclasında deyib. Regionda və dünyada baş verən hadisələrin nəqliyyat və kommunikasiyalar sahəsində əməkdaşlığın əhəmiyyətini artırdığını qeyd edən nazir Ceyhun Bayramov bu istiqamətdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Bununla əlaqədar, Azərbaycanın Orta Dəhlizin tranzit potensialından istifadəyə şərait yaradacaq bu səylərinin öz növbəsində regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə dair inam ifadə olunub.