• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 752
— 16.03.2023 12:24

Yunan-Roma güləşi üzrə yığma iki rekordu yeniləyib

KepezTV Player

Rumıniyanın Buxarest şəhərində keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub. Qitə birinciliyinə tam heyətlə yollanan millimizin 4 üzvü fəxri kürsüyə qalxıb. Elmir Əliyev 60 kq, Qurban Qurbanov 72 kq və Murad Əhmədiyev 97 kq-da qızıl, Xasay Həsənli isə 77 kq-da gümüş medal qazanıb. Toplamda 123 xal toplayan yığmamız komanda hesabında 4-cü yeri tutub. Millimiz ilk “3-lük”də yer alan Türkiyə, Ukrayna və Gürcüstandan cüzi fərqlə geri qalıb. Buna baxmayaraq, medalların əyarına görə, 3 qızıl və 1 gümüş medalla məhz Azərbaycan ən yaxşı nəticəyə imza atan ölkə olub. Müqayisə üçün nəzərinizə çatdıraq ki, komanda hesabında çempion olan Türkiyə qızıl medalsız qalıb. Ukrayna və Gürcüstan isə bir qızıl medal əldə edib. Millimiz bu yarışda 2 rekordunu yeniləyib. Komandamız həm toplanan xallara, həm də medalların əyarına görə özünün ən yaxşı nəticəsini gerçəkləşdirib.