• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1970
— 15.03.2023 20:12

"Ağ qızıl" sahələrində monitorinqlər aparılır

KepezTV Player

Qərb bölgəsində ən çox pambıq Goranboyda əkilir. Pambıq əkininə xüsusi önəm verilən rayonda "ağ qızıl" sahələrinin monitorinqinə başlanılıb.

Monitorinqləri Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin və Rayonun Bitki Mühafizə idarəsinin əməkdaşları, həmçinin pambıqçılıq üzrə aqronomlar aparır. “Ağ qızıl” əkiləcək sahələrdə şumlama, arat və aqrotexniki qulluq işləri ilə tanış olurlar. 

Hazırda Goranboy rayonunda pambıq sahələrinin şumlanması prosesi həyata keçirilir. Ötən il rayonda 26 sentner məhsul götürüblər. Bu il isə daha çox məhsul götürməyi planlaşdırırlar. Məhz elə bunun üçün əkin sahələrində aqrotexniki qulluqlar da həyata keçirilir.

Torpaq mülkiyyətçilərinə düzgün əkin qaydaları izah edilir, zərərvericilərlə mübarizə tədbirlərinin vacibliyi vurğulanır. Sahələrdən bol və keyfiyyətli məhsulun əldə edilməsi üçün gübrələrin verilməsi əhəmiyyətli hesab olunur. 

Goranboyda bu il ağ qızıl sahələrində əl əməyini minimuma endirmək, pambığın vaxtında və itkisiz yığılmasını təmin etmək üçün texnikaların sayı artırılıb. Zəmilərdə çalışan 30-a yaxın şum traktoru da torpaq mülkiyyətçilərinin işini asanlaşdırır.

Zəmilərin suvarılması üçün 10 yeni subartezian quyusu da qazılıb. Bu il suvarmanı yaxşılaşdırmaq üçün bu say 31-ə çatdırılacaq. Ümumilikdə suvarmada 958 subartezian quyusu və 16 nasos stansiyasından istifadə edilir.  

Elnur Vahidoğlu