• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 691
— 15.03.2023 16:05

Hüquqi maarifləndirmə və təbliğat-təşviqat işi davam edir

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsində “Uşaqlar Bizim Gələcəyimizdir” mövzusunda konfrans keçirilib. Konfrans Daxili İşlər Nazirliyi və Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə təşkil olunub. Aidiyyatı qurumların rəsmilərinin də iştirak etdiyi tədbirdə əsas diqqət uşaqların gələcəkdə cəmiyyətimizə layiqli vətəndaş kimi yetişməsi və bu istiqamətdə görməli olan işlər müzakirə edilib. Çıxışlarda yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının qorunması, təhsildən yayındırılmaması, nigaha məcbur edilməməsi, gələcəkdə cinayətə meyilli olmaması kimi hallara toxunulub. Vurğulanıb ki, gələcəyimiz olan uşaqların savadlı yetişməsində, cəmiyyətə yararlı vətəndaş olmasında valideyinlərin də üzərinə böyük məsuliyyət düşür. Konfransda yetkinlik yaşına çatmayanlar və gənclər arasında radikal və ekstremist yönümlü dini təriqətlərin yayılmasının qarşısının alınması sahəsində polisin rolundan da söz açılıb. Məruzə və çıxışlarda hüquqi maarifləndirmə və təbliğat-təşviqat işinin gücləndirilməsinin vacibliyi diqqət çəkilib, bir sıra təkliflər səslıəndirilib.