• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2413
— 14.03.2023 19:54

Yarmarkada qiymətlər bazardakından 30 %-dək aşağı olub

KepezTV Player

Samux rayonunda ərzaq və kənd təsərrüfatı məhsullarının satışı məqsədilə “Bayram yarmarkası” təşkil edilib. Novruz bayramı ərəfəsində təşkil edilən yarmarka əhalinin ərzaq malları və kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi, süni qiymət artımının qarşısını almaq məqsədi daşıyıb. Sərkar kəndinin H.Z.Tağıyev küçəsində yaradılan şatış məkanında alıcılara təklif edilən məhsulların sanitar-gigiyena nəzarətindən keçirilməsi təmin olunub. Rayonun kəndlərindən gətirilən ət və süd məhsulları, ev quşları, yumurta, meyvə-tərəvəz, göyərti və çərəzlər bazar qiymətlərindən orta hesabla 20-30 faiz ucuz satılıb. Sakinlər yarmarkanın keçirilməsindən, məhsulların keyfiyyətindən və qiymətindən razılıq ediblər. Samux rayonunda sözügedən yarmarka ənənəvi olaraq hər il keçirilir. Yarmarkadan sonra kənd sakinləri ilə Novruz bayramı münasibətilə görüş keçirilib. Konsert proqramı təşkil edilib.