• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1060
— 14.03.2023 20:10

Prezident: "Sülh müqaviləsinin imzalanmasının təşəbbüskarı Azərbaycandır"

KepezTV Player

Sülh müqaviləsinin imzalanmasının təşəbbüskarı Azərbaycandır, bu barədə Prezident İlham Əliyev jurnalistlərin suallarını cavanlandırarkən deyib. Dövlət başçısı bildirib ki, bu məqsədlə Azərbaycan tərəfindən 5 prinsip irəli sürülüb. Hazırda sülh müqaviləsinin imzalanması istiqamətində tərəflər arasında təmaslar davam etdirilir.

Birgə mətbuat konfransında Avropa İttifaqı- Azərbaycan əlaqələri də diqqətdə saxlanılıb. Prezident İlham Əliyev bu istiqamətdə atılan addımlardan danışıb.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Avropa İttifaqı-Azərbaycan əlaqələri istiqamətində çox önəmli addımlar atılır. Xüsusilə keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu bizim niyyətimizi göstərir. Memorandumun sürətlə və vaxtında icrası bir daha göstərir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır”.

Prezident Azərbaycanın geniş bərpaolunan enerji potensialı olduğunu bildirib.

Gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini ixrac edən ölkəyə çevriləcək deyən dövlət başçısı respublikanın çox geniş bərpaolunan enerji potensialı olduğunu bildirib.  

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Əgər 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz ixrac etmişiksə, bu il bu rəqəm haradasa 12 milyard kubmetrə çatacaq" Azərbaycanın çox geniş bərpaolunan enerji potensialı var. Təkcə Xəzər dənizinin külək enerji potensialı 157 qiqavata bərabərdir. Gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini ixrac edən ölkəyə çevriləcək”.

Konfransda Almaniya və Azərbaycan münasibətlərinin inkişafı istiqamətləri də yüksək qiymətləndirilib. Qeyd olunub ki, iki ölkə arasında siyasi dialoq müntəzəm olaraq aparılır.