• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1944
— 13.03.2023 10:33

Sosial şəbəkələrdə artan romantik paylaşımlar

KepezTV Player

Müasir həyatımızda texnologiyaların rolu getdikcə artır. Sosial şəbəkələr artıq həyatımızın ayrılmaz bir parçasına çevrilib. Cəmiyyətin müxtəlif yaş qrupundan olan üzvləri, o cümlədən uşaqlar və yeniyetmələr də bu platformalardan geniş istifadə etməyə çalışırlar. Bunlar əlverişli kommunikasiya vasitəsi olmaqla yanaşı, həm də təsir kanalına çevrilir. Sosial media yenilikləri ilə bərabər, elmi-mədəni və mənəvi-əxlaqi dəyərlərə, gənc nəslin psixoloji-fiziki yetkinləşməsinə ümumən ictimai davranış və münasibətlər sisteminə ciddi təhlükələr doğurur. İnternet dövründə insanlar paylaşımlar etməklə cəmiyyətin bir parçası olduğunu göstərmiş olur.  Son vaxtlar sosial şəbəkələrdə romantik paylaşımlar da sürətlə yayılıb.

Bu gün sosial şəbəkələrlə bağlı cəmiyyətdə fikirlər müxtəlifdir. Bəziləri sosial şəbəkələrdən istifadəyə qarşı olsalar da, çoxluq sosial şəbəkələrdən istifadənin tərəfdarıdır. Bu da əsassız deyil. Bir çox işlərimizin həll olunması, ən son baş verən informasiyaların əldə olunması, o cümlədən yeni insanlarla əlaqələrin qurulması istiqamətində sosial şəbəkələr başlıca vasitələrdir. Şəkil həm də xatirədir, günü uğurla tamamlaya bilməyəndə insan təsəllini xatirələrində axtarır. Həyatı, baş verən hadisələri əlimizlə tutub saxlamaq, vaxt  tələsərkən onu dayandırmaq iqtidarında deyilik. Amma foto ilə insan buna nail olur. Fotoda insan ölümsüzləşir, uzaqda olarkən yaxınlaşır. Biz xoş  günlərimizi, hər hansı bir statusla paylaşaraq oradakı  dostlarımıza, bizi izləyən adamlara da çatdırmış oluruq.

Bugünkü həyatımızı internetsiz, sosial şəbəkələrsiz təsəvvür etmək mümkün deyil. Əks tədqirdə müasir dünyadan uzaqlaşmış olarıq. Çalışaq ki, sosial şəbəkələrin müsbət tərəflərindən istifadə edək.