• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1585
— 12.03.2023 20:30

Xankəndi-Laçın yolunda etiraz aksiyası 91 gündür davam edir

KepezTV Player

Humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 91 gündür davam edir. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gün boyu heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar aksiyanı yüksək əhval-ruhiyyə ilə davam etdirirlər. Ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılan plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının tələbləri dəyişməz olaraq qalır. Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. Şuşadan keçən yoldan Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobillərin hərəkət etməsinə hər dəfə şərait yaradılır.