• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1902
— 11.03.2023 20:05

Federasiya Kubokunun ilk mərhələsi Gəncədə

KepezTV Player

Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Gəncədə şose velosipedi üzrə Federasiya Kubokunun birinci mərhələsi start götürüb. İlk yarış günü idmançılar kriterium ötüşmələrdə mübarizə aparıblar.
Bölgələrdə bu idman növünü inkişaf etdirmək üçün bir sıra işlər həyata keçirilir. Gəncədəki federasiya kuboku da bunlar sırasındadı. Artıq Nizami yurdunda 6 ay ərzində 2-ci dəfədir ki, ölkə səviyyəli yarış keçirilir.

Pedal ustaları Heydər Əliyev Park kompleksinin girişindən start götürərək, parkın ərazisindən keçməklə, 28 may küçəsi və Nizami Gəncəvi prospektinin bir hissəni əhatə edən yolu qət ediblər. Ötüşmələrdə 30-dan çox velosipedçi iştirak edib. İlkin olaraq Elit və 23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar 10 dairə üzrə 60 km, ardınca yeniyetmə oğlanlar və qadınlar 7 dairə üzrə 42 km məsafəni qət ediblər.

Federasiya kubokunda milli komandanın üzvləri, həmçinin ölkə birinciliklərinin qalib və mükafatçıları iştirak edir. İlk yarış günü kişilər arasında Samir Cəbrayılov, xanımların yarışında isə Viktoriya Sidorenko finişə bütün rəqiblərindən qabaq çatıb.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Fəxri yer tutanlar medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar. Sabah Federasiya kubokunun 1-ci mərhəsində velosipedçilər qrup ötüşmələrində güclərini sınayacaqlar. Gəncədən başlayan yarış Hacıkənd qəsəbəsində yekunlaşacaq.