• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1704
— 11.03.2023 20:08

Həmzəyevin komandası doğma şəhərdə qarşısıalınmazdır

KepezTV Player

Azərbaycan Basketbol Liqasında XXI turun oyunları davam edir. Tur çərçivəsində daha bir oyun Gəncədə keçirilib. Şəhərin eyniadlı komandası doğma azarkeşləri önündə “Sərhədçi”ni qəbul edib. Gəncə Olimpiya İdman Kompleksində baş tutan görüş ev sahiblərinin 86:77 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda meydan sahiblərinin ən məhsuldar basketbolçusu Kollin Törner olub. Ameriakı basketbolçu  24 xal və 6 ribaundla parketi tərk edib. Onun komanda yoldaşı Ceylin Qeddi 23 xal toplayıb. 21 turdan sonra rəqiblərindən bir oyun az keçirən "Gəncə" yığdığı 33 xalla turnir cədvəlində 5-cidir.

Melyunas Yediminas - "Gəncə"nin baş məşqçisi: Çətin qarşılaşma oldu. Bu matça yaxşı hazırlaşmışdıq. Pley-offa düşmək baxımından çox vacib oyun idi. Görüşün əvvəlində çox həyacanlı idik. İlk periodda önə keçsək də, rəqib oyunda bərabərliyə nail ola bildir. Ancaq biz növbəti dəfə yaxşı çıxış etdik. 2-3 dəqiqə ərzində hər şeyi həll edə bildik. Rəqib çox güclüdür, əla oynadılar. Ancaq bu gün biz daha uğurlu olduq. Hələlik turnir cədvəlində 5-ci pillədəyik. Zirvə Astara komandası ilə təxirə salınan bir oyunumuz var. Daha yüksək pillədə olacağımıza inanıram. Əlbətdə ki, çempion olmağa çalışacağıq. Düşünürəm ki, fanatlarımızın sayı daha da artacaq. Gəncə azarkeşləri haqda onu deyə bilərəm ki, onlar möhtəşəm, müqayisə olunmazdırlar.

Kollin Törner - basketbolçu: Yaxşı oyun oldu. Qələbə qazandıq. Vacib qarşılaşma idi. Komandamız əla oynadı. Elə ilk perioddan yaxşı oyun nümayiş elədik. Sərhədçi ciddi rəqib olduğundan bizim üçün görüş gərgin keçdi. Biz yaxşı oynadıq, meydana çıxdıq və matçın taleyini öz xeyrimizə həll etdik. Biz qələbələrlə irəliləyirik. Bu bizə stimul verir. Gəncə azarkeşləri ən yaxşılardandır. Onları çox sevirəm. Qələbə qazanmaq üçün motivasiya verirlər və bizi hər dəfə daha çox ruhlandırırlar. Azarkeşlərsiz biz heç kimik. Burada olmağımızın əsas səbəbi də elə onlardır.