• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2407
— 10.03.2023 20:25

Deputatlarla gənclərin görüşü olub

KepezTV Player

Azərbaycan Gənclər fondunun maliyyə dəstəyi ilə Gəncədə keçirilən “Sağlam həyat tərzini kəşf et” layihəsinə yekun vurulub. Son gün Nizami yurdundan olan millət vəkilləri layihə iştiakçıları ilə görüşüblər.

Gəncə tibb kollecində təşkil edilən görüşdə 3 deputat iştirak edib. Parlament üzvləri sağlam həyat tərzinin böyük əhəmiyyətinin olduğunu, gündəlik həyatımızda yerinə yetirəcəyimiz sadə üsullarla buna nail olmağın mümkünlüyünü diqqətə çatıdırıblar. Tələbələrə müəyyən tövsiyələr verən millət vəkilləri su, hava və digər amillərin, eləcə də mütəmadi şəkildə idmanla məşğul olmağın, alternativ nəqliyyat vasitələrindən istifadə etməyin sağlamlığa, gümrah yaşamağa böyük təsir etdiyini qeyd ediblər.

Təbliğat xarakteri daşıyan, həmçinin gəncləri maarifləndirmək üçün təşkil edilən “Sağlam həyat tərzini kəşf et” layihəsi 5 gün davam edib.  Layihədə 125 tələbənin iştirakı nəzərdə tutulsa da, maraq böyük olduğundan təlimlərə 235 nəfər qatılıb.

Sağlam həyat tərzini gənclər arasında vərdişə çevirmək üçün aprelin əvvəlində Gəncədə velosiped yürüşünün keçirilməsi də planlaşdırılır.