• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1081
— 10.03.2023 20:23

Bayraq Meydanının ətrafına 140 ağac əkilib

KepezTV Player

Naftalanda “Heydər Əliyev ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib. İcra Hakimiyyətinin və YAP Naftalan Şəhər Təşkilatının birgə təşkilatçılığı ilə reallaşan ekoloji tədbir şəhərin Səfikürd kəndi istiqamətindən giriş hissəsində Bayraq Meydanının ətrafında keçirilib. Şəhər rəhbərliyi, idarə, müəssisə və təşkilatların əməkdaşalrı, ictimaiyyətinin nümayəndələri tərəfindən 100 ədəd zeytun və 40 ədəd eldar şamı ağacları əkilib. Həmçinin ağacların dibinə küləkdən qorunması üçün dirəklər basdırılıb və suvarılması təmin edilib. Aksiyanın təşkil edilməsində məqsəd Azərbaycanda ətraf mühitin qorunması və mühafizəsini hər zaman diqqətdə saxlayan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə verməkdir.