• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1498
— 09.03.2023 12:27

"Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlimizdən gələni etdik"

KepezTV Player

"Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlimizdən gələni etdik". Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında bildirib. Dövlət başçısı qeyd edib ki, Ermənistan bir milyon azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti yürüdüb, onları Qarabağdan və digər yerlərdən qovub, onlara əzab-əziyyət verib.
"Bizim qonşularımız azad olunmuş ərazilərimizdə urbisid, kultursid və ekosid həyata keçiriblər. Azərbaycan xalqının mənəvi hüququ var ki, qisas alsın". Dövlətimizin başçısı vurğulayıb ki, biz bunu döyüş meydanında etdik. Biz Ermənistandan fərqli olaraq, hər hansı hərbi cinayət, hər hansı soyqırımı törətmədik. Biz bu nailiyyətləri döyüş meydanında əldə etdik. İndi isə artıq sülh qurmaq vaxtıdır.
"Azərbaycan çoxkonfessional, multietnik ölkədir. Azərbaycanda milli azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur". Azərbaycan Prezidenti çıxışında bildirib ki, müxtəlif etnik qrupların və konfessiyaların nümayəndələri ölkəmizdə ləyaqətli və dinc şəraitdə yaşayırlar.