• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2253
— 08.03.2023 10:34

Etirazlarda 66 nəfər həbs olunub

KepezTV Player

Gürcüstanda xarici agentlər haqqında qanuna etiraz olaraq keçirilən etiraz aksiyasında 66 nəfər saxlanılıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib. Nzirliyin 50-yə yaxın əməkdaşı xəsarət alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılıq faktı ilə bağlı araşdırmalara başlanılıb. Martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib.Bundan sonra Tbilisidə genişmiqyaslı etiraz aksiyaları başlayıb. Gürcüstan Prezidenti Salome Zurabişvili nümayişçiləri dəstəklədiyini bildirib və qanuna veto qoyacağını vəd edib. Bu arada, Gürcüstan müxalifəti isə bu gün günortadan sonra parlament binası qarşısındakı meydanda yeni etiraz aksiyasının keçiriləcəyini elan edib və tərəfdarlarını aksiyada iştirak etməyə çağırıb.