• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 764
— 07.03.2023 20:07

İşləri asanlaşan sakinlər

KepezTV Player

Səyyar ASAN bu il ərzində ilk dəfə Samux rayonuna təşrif buyurub. Sakinlər martın 17-dək təklif olunan xidmətlərdən yararlana biləcəklər.
Səyyar Asan martın 1-dən Samuxda fəaliyyət göstərir. Rayonda yerləşən mədəniyyət evinin qarşısında dayanan avtobusda vətəndaşlar 4 dövlət qurumunun təqdim etdiyi xidmətlərə müraciət edə biləcəklər. Sakinlərin Daxili İşlər, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, həmçinin Əmlak Məsələləri Dövlət xidmətləri üçün yaşadıqları rayonu tərk etmələrinə ehtiyac qalmayıb. Səyyar Asan-a müraciət edənlər işlərinin tez və asan şəkildə həll edilməsinə görə məmnunluq ifadə ediblər.
Vətəndaşların əlavə xərclərinin qarşısını almaq, dövlət xidmətlərinin vətəndaşlara yeni və innovativ üsullarla təqdim etmək və vətəndaş məmnunluğuna nail olmaq məqsədilə təşkil edilən xidmət çərçivəsində 6 gün ərazində Səyyar Asana 250-dən çox müraciət daxil olub. Ən çox müraciətlər isə...
Səyyar Asanın növbəti səfəri Qazax rayonuna olacaq. Xidmət bu rayonda aprelin 3-dən 28-dək fəaliyyət göstərəcək.