• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1397
— 07.03.2023 15:04

İki yol qəzası olub, 5 nəfər xəstəxanalıq olub

KepezTV Player

Şəmkirin Təzəkənd kəndində minik avtomobilərin toqquşması nəticəsində, 1977-ci il təvəllüdlü Məhəbbət Osmanov, 1976-cı il təvəllüdlü Şəlalə Hüseynova, 1977-ci il təvəllüdlü Rühiyə Hüseynova və 1970-ci il təvəllüdlü Xoşgül Hüseynova xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti qənaətbəxş və kafi olaraq qiymətləndirilir. Digər yol-nəqliyyat hadisəsi isə Şəmkir şəhərində qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən Cəmalə Abasovanı avtomobil vurub. Zərərçəkən tibbi müəssisəsinə yerləşdirilib. Faktlarla bağlı araşdırma aparılır.