• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 831
— 06.03.2023 20:37

Almaniya səfirinə alman izi barədə danışılıb

KepezTV Player

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Gəncədə şəhər rəhbəri Niyazi Bayramovla görüşüb.Gəncədə alman izlərinə rast gəlindiyi qonağın nəzərinə çatdırılıb. Alman sahibkarı Xristofor Förer tərəfindən şərab anbarı üçün tikilən bina, “Zingerin evi” kimi tanınan bina, Gəncə Dövlət Kukla Teatrının yerləşdiyi bina məhz almanlar tərəfindən inşa edilib.Ralf Horlemann iki ölkə arasında tarixi əlaqələrdən söz açıb, Azərbaycanda alman mədəni irsinin qorunub saxlandığını, bunun da mövcud dostluq münasibətlərinin bariz nümunəsi olduğunu deyib. Azərbaycan şairi və mütəfəkkir Mirzə Şəfi Vazeh yaradıcılığının Almaniyada geniş təbliğ olunduğunu vurğulayıb. Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfir Vətən müharibəsi zamanı Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan əraziyə baş çəkib. Terror qurbanlarının xatirəsini yad edib, dağıntıların baş verdiyi yerlərə güllər düzüb. Qonağa terror aktları nəticəsində 26 nəfərin həlak olduğu, 140-dan çox şəxsin yaralandığı, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə ziyan dəydiyi bildirilib.

Ralf Horlemann Almaniyanın Azərbaycandakı səfiri:Bu mənim Gəncəyə ilk səfərimdir. Gözəl və qədim mədəniyyətə malik olan bir şəhərdir. Heyif ki ətrafdakı mənzərə dəhşətli müharibənin nəticəsidir. Biz bilirik ki, Azərbaycan və  Ermənistan arasında sülh prosesi davam edir və istərdik ki bu regionda sülh olsun. İnsanlar təhlükəsiz və sülh şəraitində yaşasınlar. Müharibənin qurbanları arasında mülki əhalinin olması təəssüf doğurur. Heyif ki, öz evlərində yaşayan, sakit həyat sürən insanlar müharibənin qurbanları oldular.