• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2333
— 06.03.2023 10:30

Vitraj-rənglərin əşyalar üzərində təsviri

KepezTV Player

Rənglər həyatımızın ayrılmaz hissəsidir. Biz adətən gördüyümüz əşyaları, məkanı rənglər vasitəsilə qəbul edirik. Həmin rənglərdən asılı olaraq reaksiyamız da ona uyğun olaraq dəyişə bilir. “Rənglər və zövqlər müqayisə olunmur”, deyirlər. Bu baxımdan kimin hansı rəngə üstünlük verməsi həmin şəxsin öz daxili hisslərinə, psixoloji durumuna əsaslanır.  Ancaq hansı rəngin hansı rəngə uyğun olub, bir-birilə ahənglik yaratdığını bizə rəssamlıq sənəti öyrədir.  Rəssamlıq sənəti çox incə, maraq doğuran, insan ruhunu oxşayan gözəl bir sənət növüdür. Həmçinin insanın mənəvi aləmindəki daxili duyğularını cəmiyyətlə bölüşməyin  ən maraqlı yoludur. Bəli, rəssamlıq dərin sənətdir. Bu isə ciddi təxəyyül, istedad, əmək, səbr və mütaliə tələb edir. Bu sənətlə məşğul olanların əksəriyyəti kiçik yaşlarından əllərinə fırça alanlardır.

Rəssamlıq özünə məxsus rəngarəngliyi ilə müxtəlif əsərlərin yaranmasına səbəb olur. Bunlardan biri də həm incəsənətin, həm də memarlığın qarşılıqlı vəhdəti sayılan “vitraj”  sənətidir.  Vitraj material kimi rəngli şüşə və ya ondan yaradılmış əsərlərdir. Min illik tarixi boyunca bu termin demək olar ki, yalnız kilsələrin və digər əhəmiyyətli dini binaların pəncərələrinə tətbiq edilmişdir. Çox sayda müxtəlif növ və üslubda vitrajlar var, lakin bütün şüşələr əsasən az miqdarda soda külü və əhəng olan silisium qumundan ibarətdir. Ümumiyyətlə, hazırda ölkəmizdə vitraj sənəti üzrə məşğul olan çox az sayda rəssam var. Ancaq bu sənətin incəsənətə qatdığı gözəllikləri nəzərə alaraq , getdikcə onunla məşğul olanların sayının artması göz qabağındadır.

Sənətinin adı və növü nə olur olsun, ruhundan bir parça sevgini ona qatmağa bacarmısansa, dünya sənətinlə gözəlləşib deməkdir. Gözəlliklər və sevgi sizinlə olsun!

Lalə Bağırova