• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2269
— 03.03.2023 19:56

Məsləhət mərkəzləri abituriyentlərin köməyinə gəlir

KepezTV Player

2023-2024-cü tədris ili üçün Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbuluna başlanılıb. Həm əvvəlki, həm də cari ilin məzunları martın 15-dək elektron ərizələrini təsdiq eləməlidirlər. Bunun üçün ödənişsiz əsaslarla fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzləri abituriyentlərin köməyinə gəlir. Elektron ərizələrini təsdiq etməkdə çətinlik çəkənlər və ya qarşıya çıxa biləcək texniki problemlərin həlli haqqında köməklik göstərilməsini istəyən abituriyentlər DİM-in Gəncə regional mərkəzində yardılan mərkəzə yaxınlaşa bilərlər. Mərkəz həftənin 5 günü saat 10-dan 17-dək fəaliyyət göstərir.