• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1775
— 03.03.2023 12:24

Yazıçılıq

KepezTV Player

Bir təsadüf oyunudur həyat. Nə qədər tez anlasan, o qədər doğru yaşayarsan. Hər şeyə rəğmən andan zövq almağı, həyatı sevməyi öyrənərsən. Sən öz yolunda irəlilədikcə nəyi niyə yaşadığını anlayar, həyatı tanıyarsan.

Yoldan keçən bu insan, bəlkə, nəyisə xatırlatmaq üçün çıxıb qarşına? Bir fikirləş, nəyin fərqinə varmalısan elə bu anda?

Bu kiçik  uşaq gözlərinin içinə necə məsum-məsum baxır? Kimi xatırlatdı sənə? Düşün, gör nə qədər duyğun hopub yanından keçib getdiklərinə? Bil ki, o qədər yaşamısan. Fərqində olduğun qədər. Hiss etdiyin müddətcə. Gerçəkdən, var olmusan.

Bəs mən? Mən nə dərəcədə agaham bu həyat oyunundan? Xəyallarım bəllidir. Yazmaq... İnsanlara məqsəd verən, yol olan yazıçı olmaq. Mən bunun üçün yaşayıram. Ancaq hələ bu məqsədimə hansı yolla çatacağımı bilmirəm. Ziddiyyətə bax. Arzularım reallığa yenilsin istəmirəm. Amma reallıq qarşımda məğlubedilməz görünür. Necə olacaq, heç bilmirəm. “Bəlkə bir gün olar”, deyə sadəcə ümid edirəm.

 

Aysel Abbasova