• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2061
— 03.03.2023 12:19

Azərbaycan Prezidenti bolqarıstanlı həmkarını təbrik edib

KepezTV Player

"Biz Azərbaycan-Bolqarıstan əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk". Bu, Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevə ünvanladığı təbrik məktubunda yer alıb. "Dost ölkə və strateji tərəfdaşımız olan Bolqarıstanla yüksək səviyyəli siyasi dialoqumuz, iqtisadi, enerji, nəqliyyat, mədəni və digər sahələrdə dinamik inkişaf edən münasibətlərimiz, səmərəli əməkdaşlığımız və bir çox sahələrdə əldə etdiyimiz nailiyyətlər bizi sevindirir" - deyə Prezident bildirib. Dövlət başçısı əlavə edib ki, keçən ilin oktyabrında Bolqarıstana etdiyi rəsmi səfərin nəticələri, eyni zamanda səfər çərçivəsində Avropanın enerji təhlükəsizliyinə töhfə verən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsi strateji tərəfdaşlığımızın yüksək səviyyəsindən xəbər verir. "Enerji sektorunda səmərəli işbirliyimizin ticarət, nəqliyyat, logistika, sərmayə, yüksək texnologiyalar, turizm və digər sahələr və istiqamətlər üzrə də müvəffəqiyyətlə davam etdiriləcəyinə əminliyimi ifadə edirəm", - məktubda qeyd olunub