• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1126
— 01.03.2023 19:57

Qəzada bir nəfər ölüb

KepezTV Player

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Poylu kəndində motosikletlə “Hyundai” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 3 nəfər - 46 yaşlı Fikrət Məmmədov, 22 yaşlı Hamilə Məmmədova və 43 yaşlı Rafiq Qurbanov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan sonuncunun həyatını xilas etmək mümkün olmayıb. Rafiq Qurbanov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.