• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1866
— 01.03.2023 20:00

118 yaşlı qəzalı bina uçma təhlükəsi ilə qarşı-qarşıyadır

KepezTV Player

Ölkədə sovet dönəmində tikilən və istismar müddətini çoxdan başa vuran binalar olduğu kimi, daha əvvəl, yəni çar Rusiyası zamanı inşa edilən, hazırda isə qəzalı durumda olan tikililər də az deyil. Paytaxtla yanaşı regionlarda da bu cür yaşayış binalarına rast gəlmək mümkündür. Ağstafa şəhərindən gələn şikayət əsasında çəkiliş apardığımız yaşı 1 əsri ötən tikilidə isə hətta vəziyyət kritik həddədir.
Bu görüntülər Ağstafa şəhəri, Müseyib Allahverdiyev küçəsi, bina 16 ünvanındandır. Tikili qəzalı olsa da, sakinlər burada yaşamaq məcburiyyətindədirlər. 2 bloklu 3 mərtəbədən ibarət olan binanın demək olar ki, divarlarının hər hissəsində böyük çatlar əmələ gəlib. Burada 20-yə yaxın mənzil var, amma cəmi 5-6 ailə yaşayır. Binada qalanlar da qoxru içində, hər an tikilinin üzərlərinə uçacağından ehtiyatlanırlar.
Vəziyyət o həddədir ki, havanın soyuq olduğu bu aylarda sakinlər yalnız yatmaq üçün mənzillərinə daxil olurlar, bütün günü həyətdə keçirilər. Mənzillərini tərk edərək qohum-əqrəbalarının evlərinə sığınanlardan fərqli olaraq. Bir müddət əvvəl mənzillərdən birində baş verən yanğın isə onsuzda qəzalı halda olan 118 yaşlı binanı daha da yararsız hala salıb.
Görünən odur ki, Ağstafa sakinləri binanın yenidən tikilməsi üçün hələ maliyyənin ayrılmasını gözləməlidir. Ona qədər isə tikilidə hər hansı qəzanın baş verəcəyindən sığorta yoxdur. Onda tapılacaq vəsaitin isə kimi və nəyi sığortalayacağı isə sual doğurur.