• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2439
— 01.03.2023 20:05

UTECA-da mülkü müdafiə ilə bağlı maarifləndirici tədbir keçirilib

KepezTV Player

1 mart ümumdünya mülkü müdafiə günü münasibətilə Gəncədə silsilə tədbirlər təşkil edilib. Azərbaycan Texnologiya Universitetində şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda görüş baş tutub. Maarifləndirici tədbirdə ali təhsil ocağının rəhbərliyi, Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin nümayəndələri çıxış edərək insanların təhlükəsizliyinin təmin edilməsində mülki müdafiənin rolu, bu istiqamətdə aparılan işlər, Azərbaycanda mülkü müdafiənin tarixi haqqında ətraflı məlumat veriblər, mülki müdafiə sahəsində hər bir vətəndaşın informasiyalı olmasının vacib olduğu ifadə olunub. Ali təhsil ocağının müəllim-tələbə heyətinə fövqəladə hallar zamanı, yəni zəlzələ, yanğın və digər vəziyyətlərdə davranış qaydaları izah edilib, bu kimi hallarda mütəxəssislərin verdiyi göstərişlərin insan həyatı üçün böyük önəm daşıdığı bildirilib. Sonda mövzu ilə bağlı bir neçə sual səsləndirilib, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri öz növbələrində verilən sualları cavablandırıblar.