• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1805
— 01.03.2023 20:03

İçməli su təchizatının yenidən qurulması

KepezTV Player

Şuşanın içməli su təchizatının yenidən qurulması üzrə işlər davam edir. Artıq şəhərdə yeni su anbarının tikintisinə başlanılıb. İki hissədən ibarət olan anbarın hər birinin həcmi min kubmetrdir. Tikintisi aparılan yeni anbar bir çox üstünlüyü ilə fərqlənir. Belə ki, anbarda toplanan su elektrik enerjisi olmadan Şuşa şəhərinə paylanacaq.
Şəhərin fasiləsiz su təminatında bir mənbədən aslılığını aradan qaldırmaq üçün Zarıslı-Şuşa magistral su kəmərinin qəzalı hissələri bərpa olunub, Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız hissəsi isə dəyişdirilib. İlin müəyyən dövrlərində bu mənbələrin tələbatı ödəməyəcəyi nəzərə alınaraq alternativ yeni su bəndi tikilib. Zarıslı çayının mənbəyində yaradılan tutumu 25 min kubmetr olan sutoplayıcı bənd sayəsində şəhərdəki obyektlər, hotellər və digər ictimai-iaşə müəssisələri, evlər 24 saat içməli su ilə təmin edilir.