• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2186
— 01.03.2023 20:18

Azərbaycan torpağına da, vətəndaşına da sahib çıxır

KepezTV Player

Xəbər verdiyimiz kimi Milli Məclisin deputatı Ramin Məmmədov Xocalıda, Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin qərargahında Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Qarabağda yaşayan ermənilərin ölkə Konstitusiyasına və qanunlarına uyğun olaraq reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.
Açığı Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının labüdlüyü onların yeganə və çıxılmaz yoludur. Çünki Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir və bu bölgədə yaşayan erməni sakinlərinin Azərbaycan bayrağı altında və Azərbaycan qanunları ilə yaşamaqdan başqa seçimi yoxdur. Bunu sadəcə istəməyənlər ola bilər ki, onlar üçün də yol açıqdır - ərazidən köçüb gedə bilər. Burada söhbət heç bir halda seperatçılarla danışıqlardan getmir. Dövlət başçısı bu məqama müsahibələrində dəfələrlə toxunub. Elə son Münxen Təhlükəsizlik Konfransında dövlət başçısı Ermənistanla normallaşma prosesinin 2 istiqamət üzrə inkişaf etdirildiyinə diqqət çəkmişdi. 1-ci 2 ölkə arasında sülh danışıqları; 2-ci isə Ruben Vardanyan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağ ərazini tərk etdikdən sonra orada yaşayan və öz vətəndaşlarımız olan erməni sakinlərlə təmaslara başlamaq. Azərbaycan dövlətinin ərazindəki erməni əsilli Azərbaycan vətəndaşları ilə təmas qurması təbii haldır və görünən odur ki, bu prosesə artıq başlanılıb. Xocalıda baş tutan görüş məhz daxili gündəliyin tərkib hissəsi olan həmin təmasın təzahürüdür. Bu həm də bir daha onu göstərdi ki, Azərbaycana qarşı təşkil olunan kampaniyaların heç bir nəticəsi yoxdur.
Görüşlə bağlı ilk reaksiya Avropadan gəlib. Xocalı görüşünü ümidverici adlandıran Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar müzakirələrin həm aktual, həm də daha geniş məsələlərə yönəldilməsini yaxşı hal kimi dəyərləndirib.
 Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar davam etdiriləcək. Milli Məclisin deputatı Ramin Məmmədov Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə Belə görüşlər üzrə məsul şəxs təyin edilib.