• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2187
— 01.03.2023 16:06

Tövlədə yanğın olub

KepezTV Player

Tovuzda vətəndaşa məxsus mal tövləsi içərisindəki ot bağlamaları və yem tədarükləri ilə birlikdə yanıb. Hadisə rayonun Azaflı kəndində qeydə alınıb. Dərhal əraziyə FHN-nin Yanğından Mühafizə Hissəsinin Tovuz rayon şöbəsinin iki avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı tövlədə olan heyvanlar  xilas edilib. Bu zaman köməyə gələn qonşulardan biri 51 yaşlı Qurban Sadıqov tüstüdən zəhərlənib. Zərərçəkən Təcili Yardım vasitəsi ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilib.  Faktla bağlı araşdırma aparılır.