• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1831
— 01.03.2023 16:10

Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı təlim

KepezTV Player

Göygöldə “1 mart-Ümumdünya Mülki Müdafiə günü” ilə bağlı təlim keçirilib. Təlimin nəzəri hissəsində bu günün əhəmiyyəti, mülki müdafiənin tarixi, məqsəd və prinsipləri haqqında məlumat verilib. Təlimin əməli hissəsində zərərçəkənlərə ilk yardımın göstərilməsi zamanı sanitarların fəaliyyəti, kinoloji bölmədə xüsusi təlim görən itlər vasitəsi ilə zərəçəkənin tapılması və xilas edilməsi, yanğınsöndürənlərin tapşırığı yerinə yetirmələri, radioaktiv, kimyəvi və bakterioloji zəhərlənmələrdən mühafizə tədbirləri, partlamamış minaların axtarışı nümayiş etdirilib.