• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1437
— 01.03.2023 16:14

Samuxlular yol kənarlarına 600-ə yaxın ağac əkiblər

KepezTV Player

Samuxda “Heydər Əliyev ili”nə həsr edilən ağacəkmə aksiyası keçirilib. Ekoloji tədbir Samux şəhərinin Nüsrət Kəsəmənli küçəsində təşkil olunub. Ağacəkmə kompaniyasında rayonun bütün idarə, təşkilat və müəssisələrinin kollektivləri, Yeni Azərbaycan Partiyasının yerli təşkilatının fəalları iştirak ediblər. Samuxlular  aksiya çərçivəsində yerli iqlim şəraitinə uyğun 600-ə yaxın ağac əkiblər. Həmçinin ərazi  alaq otrlarınmdan təmizlənib, əvvəl basdırılan ağaclara aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib. Rayonun kənd və qəsəbələrində, parklarında da təmizlik-iməcilik işləri aparılıb.