• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2080
— 25.02.2023 20:06

“Gəncə”dən 4-cü ardıcıl qələbə

KepezTV Player

Azərbaycan Basketbol Liqasında 19-cu tur oynanılıb. Tur çərçivəsində Gəncə doğma meydanda Neftçi İdman Klubunu qəbul edib. Qarşılaşma sarı-göylər üçün yaxşı başlamayıb. Müdafiədə boşluqlar verən Nizami yurdunun kollektivi hesabda geri düşsə də, sonradan oyunun axarını dəyişə bilib. Periodlarda oyunu ələ alan gəncəlilər paytaxt klubu qarşısında 83-73 hesabıyla qalib gəlib. Bu Gəncənin evdəki ikinci qalibiyyəti olub. Ümumilikdə isə komanda ard-arda 4-cü oyundur ki rəqiblərini məğlub edib. Növbəti qələbənin ardından 30 xalı olan bölgə klubu turnir cədvəlində 5-ci sıradadı. Gəncə özündən qabaqda olan komandalardan fərqli 1 oyun az keçirib.