Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Gəncə şəhəri, Yeni Məhsəti qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Tağıyev Bəxtiyar Vaqif oğluna məxsus alkoqolsuz içkilərin istehsalı müəssisəsində aparılmış yoxlama zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğu aşkar edilib. Agetlikdən verilən məlumata görə, müəssisədə şüşə butulkaların yuma və doldurulma sahəsində istifadə olunan avadanlıqların paslana bilən materialdan təşkil edildiyi, yuma sahəsində su axarcıqlarının birbaşa açıq kanalizasiya xəttinə ötürüldüyü, təmizlik işlərinin aparılmadığı və digər istehsalçı müəssisələrə aid olan ikinci əl şüşə butulkalardan istifadə edildiyi müəyyən olunub. Pozuntularla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və inzibati protokol tərtib edilib.
- Baxış: 442