• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2549
— 24.02.2023 11:58

ABŞ Azərbaycana daha 5 minaaxtaran it verib

KepezTV Player

İşğaldan azad edilən ərazilən bərpası və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışının təmin edilməsi məqsədilə Azərbaycan Minatəmizləmə Agentliyi tərəfindən aparılan əməliyyatların genişləndirilməsi, maddi-texniki bazanın və potensialın artırılması istiqamətində işlər davam etdirilir. Amerika Birləşmiş Ştatlarının Marşal İrsi İnstitutu ilə imzalanan Anlaşma Memorandumuna əsasən daha 5 baş Malinua cinsli minaaxtaran it Agentliyə təhvil verilib. Xüsusi hazırlıq keçmiş minaaxtaran itlər öz bələdçiləri ilə uyğunlaşma təlimindən və Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun akkreditasiyadan keçirildikdən sonra Qarabağda minatəmizləmə əməliyyatlarına cəlb olunacaq.