• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2056
— 24.02.2023 11:40

“Xiaomi” MWC 2023 sərgisində robotlarını sərgiləyəcək

Bu ayın sonunda Barselonada MWC 2023 sərgisi start götürəcək. “Xiaomi bu sərgidə iştirak edəcəyini artıq təsdiqləyib. Lakin şirkətin CEO-su Lei Jun Xiaomi”-nin MWC 2023 sərgisində iştirakı ilə bağlı daha bir maraqlı anonsu edib. Belə ki, şirkət sözügedən sərgidə öz robotlarını sərgiləyəcək. Lei Jun qeyd edib ki, “Xiaomi” MWC 2023 sərgisində özünün dördayaqlı CyberDog və ikiayaqlı CyberOne robotunu sərgiləyəcək. Qeyd etmək lazımdır ki, bu robotlar heç də yeni robotlar deyillər. Belə ki, CyberDog adlı dördayaqlı robot 2021-ci ildə, CyberOne adlı ikiayaqlı robot isə 2022-ci ildə təqdim edilib. Lakin Xiaomi-nin bu robotları MWC 2023 sərgisində sərgiləyəcəyi onların beynəlxalq bazarda satışa çıxacaqlarına işarə edir. Qeyd etmək lazımdır ki, Xiaomi sözügedən robotları sərgiləməkdən əlavə olaraq MWC 2023 sərgisi çərçivəsində Xiaomi 13 və Xiaomi 13 Pro smartfonlarının qlobal versiyalarını və o cümlədən Xiaomi 13 Lite smartfonunu təqdim edəcək.