• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1535
— 21.02.2023 19:30

"Kəpəz-2" uğurlu seriyanı davam etdirə bilmədi

KepezTV Player

Futbol üzrə 1-ci divizionda 18-ci tura start verilib. İlk oyun günü uzun müddətdir ev oyularında rəqiblərinə şans verməyən "Kəpəz-2" doğma meydanda "Qəbələ-2"-ni qəbul edib. İlk dəqiqələrdən təhlükəli hücumlar yaradan qonaqlar birinci hissənin sonunda istəklərinə çatıblar. 41-ci dəqiqədə Gülağa Əsədov və 45-ci dəqiqədə Mehrac Baxşalı fərqlənərək qırmızı-qaraları fasiləyə 0:2 hesabıyla üstün yollayıblar. İkinci yarıda meydan sahibləri buraxdığı topların əvəzini çıxmağa çalışsalar da, yalnız bir dəfə rəqib qapısına yol tapa biliblər. Əsas vaxta artırılan sonuncu dəqiqədə Elnur Cəfərov yumşaq mərmini çərçivədən keçirsə də, komandasının məğubiyyətinə mane ola bilməyib. Bu yenilgiylə gəncəliərin ev qələbələri seriyasına son qoyulub.