• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2398
— 21.02.2023 16:06

Sürücülük vəsiqəsi olmayan və narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

KepezTV Player

Şəmkir Rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin əməkdaşları Etibar Cəfərovu “VAZ 21011” markalı avtomobillə işıqforun qadağan işarəsində hərəkətini davam etdirdiyi üçün saxlayıblar. Sənədlərin yoxlanılması zamanı sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı müəyyənləşib və onun hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilib. Müayinə zamanı Cəfərovun narkotik vasitə qəbul etdiyi müəyyən olunub. Barəsində inzibati protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Etibar Cəfərov inzibati qaydada həbs edilib.