• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 955
— 21.02.2023 13:35

“Apple”in ilk qarışıq reallıq (AR + VR) cihazının təqdimat tarixi barəsində məlumat verilib

Bloomberg saytının məşhur insayderi Mark Gurman Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının təqdimat tarixi barəsində yeni məlumatı təqdim edib. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, şirkət MR cihazı aprel ayında anons edəcək və iyun ayında baş tutacaq WWDC 2023 tədbiri çərçivəsində onu sərgiləyəcək. İndi isə Mark Gurman bildirib ki, “Apple” öz planlarında dəyişiklik etməli olub. İnsayder qeyd edib ki, MR cihazın həm anonsu, həm də təqdimatı məhz iyun ayında baş tutacaq. Onun sözlərinə əsasən şirkətin ilk öncə aprel ayına planlaşdırılmış anonsdan imtina etməsinin səbəbi ondadır ki, MR cihazın həm software həm də hardware tərəfində bəzi problemlər ortaya çıxıb. 

Qeyd etmək lazımdır ki, son məlumatlara əsasən bu, “Apple” şirkətinin MR cihazın təqdimatını təxirə saldığı ilk hal deyil. Belə ki, keçən il dəfələrlə məlumat ortaya çıxmışdı ki, şirkət öz ilk qarışıq reallıq cihazını yanvar ayında anons edəcək. Lakin nəticədə bu, baş vermədi. Hal-hazırda şirkət cihazın iyun ayında WWDC 2023 tədbiri çərçivəsində anonsuna hazırlaşır. Anons çərçivəsində həmçinin cihazın imkanları da sərgilənəcək. Məlumatda qeyd edilib ki, MR cihaz bu ilin sonuna kimi satışa çıxmalıdır. Son məlumatlara əsasən Apple şirkətinin ilk qarışıq reallıq cihazı hər biri 4K keyfiyyətində olacaq iki ədəd ekran, Apple M2 prosessoru, çoxlu sayda kamera və xarici batareya ilə təchiz olunacaq. Onun 3000$ qiymətində satışa çıxacağı gözlənilir.