• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1095
— 20.02.2023 11:24

“Meta” ilk smart saatının üzərində çalışır

Bir neçə ilə öncə, “Meta” şirkətinin öz ilk smart saatı üzərində çalışması haqqında xəbər yayılmışdı. Ötən il isə, şirkətin bu ideyadan imtina etməsi barədə məlumat çıxdı. İnsayderlər yenidən “Meta”-nın yeni smart saat üzərində çalışması haqqında xəbər veriblər. Hətta hazırlanan smart saatın fotoları da təqdim edilib. Meta tərəfindən ləğv edilmiş ilk smart saat modeli kimi hazırlanan bu yeni model də bəzi özəlliklər ilə fərqlənir. Bildirək ki, “Meta”-nın ləğv edilmiş ilk smart saat modelində kameraların reallaşdırılması planlaşdırılırdı. Hal-hazırda şirkət tərəfindən hazırlanan smart saat versiyasında da bu özəlliyin mövcud olacağı bildirilir. Kameralardan biri ekran üzərindəki damcı formalı çıxıntıda, digəri isə smart saatın aşağı hissəsində yerləşəcək. Smart saatın unikal konstruksiyaya sahib olması sayəsində istifadəçi saat gövdəsini kəmərdən ayıraraq kameralar vasitəsilə foto və ya video çəkə biləcək. İnsayderlər bildiriblər ki, “Meta-nın smart saatı Qualcomm prosessoruna sahib olacaq. Bununla belə o, WearOS əvəzinə Android-in təkmilləşdirilmiş versiyası əsasında çalışacaq. “Meta-nın ilk smart saatının necə adlanacağı, nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı hələ bilinmir.