• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1054
— 19.02.2023 20:09

Rəqqasə və müğənninin meyiti tapılıb

KepezTV Player

Gəncədə evdə qadın və kişi meyitləri aşkarlanıb. Hadisə Atatürk prospekti 164 ünvanında qeydə alınıb. Gəncə şəhər sakinləri, 2000-ci il təvəllüdlü Aytən Abdullayeva və 1989-cu il təvəllüdlü Turxan Əliyevin cəsədləri kirayə qaldıqları evdən tapılıb. Ölənlərin meyitləri müayinə olunması üçün “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb. Onların dəm qazından zəhərlənərək dünyalarını dəyişdikləri ehtimal olunur. Aytən Abdullayeva rəqqasə, Turxan Əliyev isə müğənni olub