• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1282
— 19.02.2023 20:11

Magistraturaya qəbul imtahanı keçirilib

KepezTV Player

Ali təhsil müəssisələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirilib. Proses Gəncə də daxil olmaqla, respublikanın 6 şəhər və rayonunda baş tutub. Nizami yurdunda imtahanda iştirak etmək üçün 1528 nəfər qeydiyyatdan keçib. 6 binada təşkil edilən imtahanların idarə olunmasına 6 ümumi rəhbər, 16 imtahan rəhbəri və 138 nəzarətçi müəllim dəvət olunub. Ümumilikdə isə ölkə üzrə 18724 nəfər magistraturaya imtahan vermək üçün ərizə təqdim edib. Onlardan 12292-si cari ilin, 6432-si əvvəlki illərin məzunları, 49 nəfər isə xarici ölkə vətəndaşıdır.