• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1902
— 18.02.2023 17:31

Tikilidə yanğın baş verib

KepezTV Player

Bakı-Sumqayıt şosesində yanğın olub. Dövlət Yanğından Mühafizə Xidməti Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus tikilidə baş verdiyi və genişlənərək bitişik digər obyektlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib. Alovun genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 700 KV.M. olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 120 KV.M.  sahədə, içərisində olan bəzi əşyalar yanıb. Tikilinin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.