• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1838
— 18.02.2023 17:13

Şuşaya çəkilən yeni avtomobil yolu pullu olacaq

KepezTV Player

Şuşaya çəkilən yeni avtomobil yolu ödənişli olacaq. Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Zəngilanda keçirdiyi brifinqdə Şuşaya aparacaq bu alternativ yolun "Zəfər yolu"ndan 20 kilometr qısa olacağını diqqətə çatdırıb. Bildirib ki, Şuşa şəhərinin mədəniyyət mərkəzi olduğunu nəzərə alaraq buraya turist axını gözlənilir və ona görə də qeyd olunan yolun ödənişli olması nəzərdə tutulub. İdarə Heyətinin sədri azad olunmuş ərazilərdə çəkiləcək yolların layihə-smeta dəyərinin açıqlanacağı vaxt barədə də məlumat verib. 
Saleh Məmmədov - 
AAYDA-nın İdarə Heyətinin sədri
Bu ilin iyul ayının sonunda bütün işğaldan azad olunmuş ərazilərdə çəkiləcək yolların layihə-smeta dəyəri məlum olacaq. layihə-smeta dəyəri müəyyən olduqdan sonra, bu göstəricilər ictimaiyyətə açıqlanacaq. qiymətləndirmə real iş həcminin və hazırda bazarda olan qiymətlərin nəzərə alınması ilə aparılır.