• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1261
— 17.02.2023 19:43

“Kəpəz” yeni ildə ilk qələbəsini qazanıb

KepezTV Player
Futbol üzrə Azərbaycan Premyer liqasında 23-cü tura start verilib. Həftənin açılış qarşılaşmasında Kəpəz evdə Şamaxını qonaq edib.
Yeni ildə qalibiyyət üzünə həsrət qalan, sonuncu dəfə ötən ilin oktyabrında Səbaillə görüş qələbə qazanan “Kəpəz” bu oyunda mütləq qələbə qazanmalı idi. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan sarı-göylər eyni gücə malik rəqibi ilə qarşılaşmaya hücumlarla başlayıb. Bunun nəticəsi olaraq 10-cu dəqiqədə gəncəlilər hesabda önə keçiblər. Komandanın ən məhsuldar oyunçusu Abdullahi Şuaybu fərqlənərək adından söz etdirib. Fasiləyədək qonaqlar status-kvonu bərpa edə biliblər. Fuad Bayramovun baxımlı zərbəsi qarşısında qapıçı aciz qalıb. İkinci yarıya da Kəpəz aktiv başlayıb. Junior Martins cərimə meydançasında Mate Kvirkviyanı boşa mövqeyə çıxarıb. Gürcü yarımmüdafiəçi isə öz növbəsində şansını qaçırmayaraq premyerliqada ilk qoluna imza atıb. 7 dəqiqə sonra oyunda hesab yenidən bərabərləşib. Şamaxından Rəhman Daşdəmirov müdafiədəki boşluqdan maksimum istifadə edərək yenidən tarazlıq yaradıb. 2:2. Ancaq qara zolaqdan çıxmaq üçün irəli atılan Nizami yurdunun kollektivi 73-cü dəqiqədə qələbə topunu vurmağa müvəffəq olub. Cərimə meydançasındakı qarşıqlıq zamanı yumşaq mərminin qüvvətli zərbəylə çərçivədən keçirən Mate Kvirkviya özünün ikinci komandasının 3-cü qolunu vurub. Bundan sonra görüşün sonunadək hesabı qorumağı bacaran meydan sahibləri 3:2 hesabıyla qalib gəliblər. Aktivinə 3 xal yazdıran “Kəpəz” bununla da mövqeyini yaxşılaşdıraraq axırıncı sıradan qurtularaq 8-ci yerə yüksəlib.