• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 776
— 17.02.2023 12:16

Siyəzəndə qəzada 3 nəfər ölüb, 7 nəfər yaralanıb

KepezTV Player

Siyəzəndə ağır yol qəzası baş verib. Hadisə Bakı-Quba yolunun 99-cu km-də qeydə alınıb. "Mercedes Vita" markalı nəqliyyat vasitəsi Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqmətdə hərəkətdə olan "Opel" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində 3 nəfər ölüb, 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. "Mercedes"də olanlar- Bakı şəhər sakini İsmayılova Aygün Eldar qızı, Sumqayıt şəhər sakini Vəliyeva Aygün Vidadi qızı və "Opel Astra" markalı avtomobilin sürücüsü, Siyəzən şəhər sakini Hümbətova Qənimət Əlisahib qızı dünyasını dəyişib. Qəzada Xəlilova Çinarə Cavanşir qızı, Hümbətov İftixar Çingiz oğlu, Abbasova Səbinə Əliyar qızı, Rəsulova Səbinə Akif qızı, İmanov Kənan Vazi oğlu, Abdullayev Vüqar Məhəmməd oğlu və Mustafayeva Xanım Nemət qızı müxtəlif dərəcəli bədən xəsarəti alıblar. İftixar Hümbətovun və Səbinə Rəsulovanın vəziyyətləri ağır olduğuna görə, onlar paytaxta xəstəxanaya göndəriliblər. Digər 5 yaralının müalicəsi Siyəzən Regional Diaqnostika Mərkəzində davam etdirilir.