• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1462
— 17.02.2023 12:08

“Naqan” satan və marketlərdən oğurluq edən şəxslər saxlanılıblar

KepezTV Player

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Vüsal Əzimov saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd “Naqan” markalı tapança və 3 ədəd patron aşkar edilərək götürülüb. Vüsal Əzimov odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.  Bölmə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı Bakıxanov qəsəbəsində yerləşən marketlərdən birindən pul, mobil telefon və tütün məmulatları oğurlayan İlham Hümbətov da saxlanılıb. Araşdırmalar zamanı onun Bakıxanov qəsəbəsində daha bir neçə obyektdən oğurluq etdiyi müəyyən edilib.
Faktlarla bağlı 13-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.