• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1503
— 16.02.2023 13:47

Bərdə rayon sakinlərindən narkotik aşkar edilib

KepezTV Player

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinlərindən narkotik vasitə aşkar edilərək götürülüb. Əməliyyatla rayon sakinləri Rüstəm Kərimov və Məqsəd Bayramov saxlanılıblar. Onların evində aparılan müvafiq axtarışlar zamanı müxtəlif qablaşdırmalarda 1 kiloqram 200 qrama yaxın marixuana aşkar edilərək götürülüb. Adıçəkilən şəxslərlə bağlı Bərdə RPŞ-də cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.